"Sabah" FK "Petrokub"u əzərək növbəti mərhələyə keçib
İyulun 31-də futbol üzrə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Sözügedən turnirdə ölkəmizi təmsil edən"Sabah " FK doqma divalar arasında"Petrokub"u (Moldova) qəbul edib. Qeyd edək ki, Masazirdaki "Bank Respublika Arena"da baş tutan və serbiyalı referi Danilo Nikolicin idarə etdiyi oyun ev sahibinin böyük hesablı qələbəsi ilə başa çatıb. Səfərdə keçirdiyi ilk oyunda 2:0 hesabla qalib gələn "Sabah" evdə keçirdiyi cavab matçında isə rəqibini böyük hesabla məğlub edib - 4:1.
Oyunda vurulan qollara gəlincə, 5 qolun hamısının müəllifi "Sabah"in oyunçuları olub. Oyunda hesabı 22-ci dəqiqədə Coy-Lans Mikkels açıb - 1:0. 28-ci dəqiqədə dubl edən Mikkels 44-cu dəqiqədə isə het-trik edib. Təmsilçimizin aktivinə yazılan dördüncü qolu 45+1 dəqiqədə Pavel Şafranko vurub. Matçın 42-ci dəqiqəsində qonaqların hesabına yazılan yeganə qolun müəllifi isə "Sabah"in müdafiəçisi Stıv Salve olub.
Beləliklə də iki oyunun ümumi nəticəsinə görə 6:1 hesabla qalib gələn "Sabah" adını turnirin üçüncü təsnifat mərhələsinə yazdırıb.
"Sabah" üçüncü mərhələdə "Levski" (Bolqarıstan) - "Braqa" (Portuqaliya) cütünün qalibi ilə üzləşəcək.
İNTİQAM Məmmədov


