Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Qarabağ" səfərdə qalib gəlib

Dünən futbol üzrə UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələnin ilk oyunları keçirilib. Ölkəmizi bu turnirdə təmsil edən "Qarabağ" futbol klubu Şimali Makedoniyanin paytaxtı Skopyedə yerli "Şkendiya"min qonağı olub. Skopye səhərindəki "Toşe Proeski" stadionunda baş tutan və taleyi slovakiyali referi İvan Krujlyaka həvalə edilən oyun çempionumuzun minimal hesablı qələbəsi ilə başa çatıb - 0:1. Matçın taleyini həll edən yeganə qolun müəllifi Toral Bayramov olub. O, matçın 18-ci dəqiqəsində rəqib qapıya təyin edilən penaltini dəqiq yerinə yetirib. Bununla da "köhlən atlar" üzərinə düşən vəzifəni demək olar ki, 50 faiz yerinə yetirib.

Cavab oyunu avqustun 12-də Bakıdakı Tofiq Bəhramov adına respublika stadionunda baş tutacaq. Mərhələni aşıb pley-offa düşmək üçün "Qarabağ"a cavab matçında heç-heçə də bəs edir. 

Yeri gəlmişkən, sabah isə iki klubumuz - "Sabah" və "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk matçına çıxacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin