Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Araz-Naxçıvan'" evdə darmadağın olub

Bu gün futbol üzrə UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Bu turnirdə ölkəmizi təmsil edən "Araz-Naxçıvan" klubu ilk oyunlar çərçivəsində "Omoniya"ni (Kipr) doqma divalar arasında qəbul edib. Təəssüflər olsun ki, Naxçıvan təmsilçisi doqma divarlar arasında keçirdiyi oyunda darmadağın hesablı məğlubiyyətlə üzləşərək öz pərəstişkarlarını meyus edib. Qeyd edək ki, paytaxt Bakıda yerləşən "Liv Bona Dea Arena"da baş tutan və taleyi çexiyalı referi Ondrjey Berskaya həvalə edilən oyunda qonaq komanda hər hissədə iki dəfə fərqlənməklə "Araz-Naxçıvan"ı 4 cavabsız qolla cəzalandırıb.

İlk yarıda Leyzes Ləyzu dubl edərək (13 və 22-ci dəqiqədə) komandasını 0:2 hesabla irəli çıxarıb. 

Fasilədən sonra isə qonaqlardan Evandro (55-ci dəq) və Steven Yovetic (58-ci dəq) hərəyə bir qol vurmaqla hesabı 0:4-ə çatdırıb. 

Cavab oyunu avqustun 14-də Kiprdə keçiriləcək. Bu nəticə ilə Naxçıvan təmsilçisinin mərhələ asmaq imkanı yoxdur. Burada möcüzələrə ümid etmək də mümkün deyil. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin