"Sabah" səfərdə son anda uduzub
Dünən futbol üzrə UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilib. Ölkəmizi bu turnirdə təmsil edən "Sabah" klubu ilk matçını Bolqarıstanın paytaxtı Sofiyaya yerli "Levski" klubuna qarşı keçirib. Sofiyadaki "Qeorqi Asparuxov" stadionunda baş tutan və xorvatiyalı referi Dyue Strukanin idarə etdiyi görüş meydan sahibinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Matçın taleyini həll edən yeganə qolun müəllifi 87-ci dəqiqədə meydana çıxan Borislov Rupanov olub. O, 90+8-ci dəqiqədə künc zərbəsindən sonra topu "Sabah"ın qapısından keçirib.
Cavab oyunu avqustun 12-də Bakıda keçiriləcək.
İNTİQAM Məmmədov


