Kişi voleybol millimiz AÇ-2026-nın təsnifat mərhələsinə hazırlığı davam etdirir
Baş məşqçisi Fərid Calalov olan kişi voleybol millimiz hazırda Bakı Voleybol Mərkəzində AÇ-2026-nın təsnifat mərhələsinin oyunlarına hazırlıq xarakteri daşıyan təlim-məşq toplanışını (TMT) davam etdirir. İyulun 15-dən start götürən TMT-yə məşqçilər korpusu 14 voleybolçu cəlb edib.
Xatırladaq ki, AÇ-2026-nın təsnifat mərhələsinin B qrupunda yer alan Azərbaycan millisi Belçika və Avstriya yiqmasi ilə qarşılaşacaq. AGF-dən verilən məlumata görə, yiqmamiz avqustun 13-də Belçikada yerli komanda ilə üzləşəcək. 16 avqustda isə Fərid Cəlalovun yetirmələri Bakı Voleybol Mərkəzində Avstriyanı qəbul edəcəklər.
İNTİQAM Məmmədov


