"Qarabağ" evdə "Şkendiya"nı qəbul edir
Bu gün Avropada yenidən böyük futbol həyəcanına start veriləcək. Söhbət Azərbaycan çempionu"Qarabağ" klubunun da qatilacaqi UEFA Çempionlar Liqasınin üçüncü təsnifat mərhələsinin cavab oyunlarından gedir. Xatırladaq ki, bir həftə öncə Şimali Makedoniyada yerli "Şkendiya " klubu ilə qarşılaşan çempionumuz bu gün rəqibini doqma divalar arasında qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da Tofiq Bəhramov adına respublika stadionunda başlanacaq. Matçın hakimi hollandiyalı FIFA referisi Daniel Makkeli olacaq.
Bir məqamı da qeyd edək ki, "Qarabağ" səfərdə keçirdiyi ilk oyunda qalib gəlib - 1:0. Yeganə qolun müəllifi Toral Bayramov olub (penaltı).
İNTİQAM Məmmədov


