Kərbəlaya gedən zəvvarları aldatdılar - TƏFƏRRÜAT
Kərbəla ziyarətinə gedən zəvvarları aldadıb Tbilisidə yarıyolda qoyublar. "Risalət Travel"in rəhbərinin Kərbəla ziyarətinə gedən zəvvarları çətin vəziyyətə saldığı iddia edilir.
AZpress.Az xəbər verir ki, bu barədə zərərçəkən zəvvarlar "Xəzər Xəbər"ə müraciət ediblər.
Onlar bildiriblər ki, 200-ə yaxın şəxsin hər biri tur rəhbəri Rasim Şahbazov adlı şəxsə Kərbəla ziyarətinə getmək üçün 600 dollardan artıq pul ödəyib. Rasim Şahbazov isə zəvvarları Gürcüstanın Tbilisi şəhərinə göndərdikdən sonra özünün də onların arxasınca gələcəyini bildirsə də, pulları mənimsəyərək yoxa çıxıb. Öz hesablarına avtobuslarla ziyarətə gedən zəvvarlar hazırda orada çətin vəziyyətdədirlər.
Zərərçəkən zəvvarlar deyirlər ki, tur rəhbəri onlara geridönüş biletləri də almayıb. Onlar da öz üzərilərində əlavə pul götürmədiklərindən bilet alıb geri dönə bilmirlər.
https://youtu.be/5JOf_qrsbWc


