Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

(AZpressAZ-in arxivindən: 2024-cü il)

YADA DÜŞƏR XATİRƏLƏR

Fazil Mustafa: 

Şahmar Əkbərzadənin doğum günüdür

Bu gün tanınmış şair-publisist, jurnalist Şahmar Əkbərzadənin doğum günüdür (28.12.1941, Çəmənli, Ağdam – 30.08.2000, Bakı).

Şahmar Əkbər oğlu Əkbərzadə bir neçə il doğma Çəmənli kənd orta məktəbində müəllim işləyib, 1968-ci ildə Bakı şəhərinə köçərək, "Azərbaycan gəncləri" qəzetində jurnalist kimi fəaliyyətə başlayıb. Sonralar həmin qəzetdə və başqa mətbu orqanlarda şöbə müdiri vəzifəsində çalışıb.

1990-cı ildə "Mədəniyyət" qəzetini təsis edən Şahmar Əkbərzadə ömrünün sonunadək qəzetin baş redaktoru olub.

"VEKTOR" BEM şairin adına Beynəlxalq Poeziya Mükafatı təsis edib; 10.02.2014-cü ildə "Şahmar Ədəbi Məclisi" (ŞƏM) təsis olunub. "Xarı bülbül nəğmələri" kitabı da şairin vəfatından sonra gün üzü görüb.

Şairin "DAYANIN!" şeirini paylaşır, sayğılarla anırıq:

Mənə əl eləyən əllər dayanın,

Boynuma dolanan qollar dayanın,

Çiçəklər dayanın,güllər dayanın,

Məni ötürməyə tələsməyin siz!

 

Hələ ocaqlardan od əmməmişəm.

Dərdimi Araza göməmməmişəm,

Vüsalın ətrinə bələnməmişəm,

Məni ötürməyə tələsməyin siz!

 

Dərddən hayıf çıxmamışam doyunca

Onu daşa çaxmamışam doyunca

Ərk qalama baxmamışam doyunca

Məni ötürməyə tələsməyin siz.

 

Qoyun sevincimi selə döndərim,

Günümü uzadıb ilə döndərim,

Dəli həsrətimi külə döndərim,

Məni ötürməyə tələsməyin siz!

 

Səttərxanın məzarını öpməmiş,

Torpağını gözlərimə səpməmiş,

Ayrılığa dəli nərə təpməmiş,

Məni ötürməyə tələsməyin siz!

(Təbriz, 1992)

Ruhu şad olsun!

Best coffeeshop in Berlin