(AZpressAZ-in arxivindən: 2024-cü il)
YADA DÜŞƏR XATİRƏLƏR
Şahbaz Xuduoğlu:
Çox arzu edirəm ki, Cümhuriyyət irsini araşdırdığı kimi onun da irsi araşıdırılsın...
Bu müdrik insanla (Şirməmməd Hüseynovla) tez-tez görüşürdüm. Xüsusən ömrünün son illərində. Zəkası, düşüncəsi iti və gənc qalmışdı. Vaxtını artıq heç kəsə sərf etmək istəmirdi. Onu yaşadan, ona ruh verən Cümhuriyyət insanları və Cühuriyyət sevgisi idi.
Hər gəlişində şəkil şəkdirərdik. Göründüyü kimi şəkillərin hərəkətli, dinamik olmasına çox əhəmiyyət verərdi, bir yerdə durub kameraya zillənməyi əsla qəbul etmirdi.
Çox arzu edirəm ki, Cümhuriyyət irsini araşdırdığı kimi onun da irsi araşıdırılsın və bəndəniz də onu nəşr etsin.
Bu şəkil qarşıma çıxdı, dedim paylaşımın ilini və yaddaşları təzələyim.


