Ruzanna dünya çempionatının gümüş medalçısıdır
Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı (17-24 avqust) keçirilir.
Mundialda ölkəmizi 62 kiloqram çəki dərəcəsində təmsil edən qadın güləşçimiz Ruzanna Məmmədova dünya çempionatının gümüş medalına sahiblənib.
O, final qarşılaşmasında çinli rəqibi Yanqjen Yanqjenə sonuncu xal prinsipinə əsasən (6:6) məğlub olub.
Ruzanna bu mərhələyəcən uğurlu nəticələr göstərib. Belə ki, idmançımız qazaxıstanlı Aydana Şorayevaya tam üstünlüklə (11:0), özbəkistanlı Nigina Sabirovaya isə 3:2 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda isə türkiyəli Büşra Efeyə "tuş"la qalib gəlib.
Qeyd edək ki, qadın güləşi üzrə U17 dünya, U20 Avropa çempionu Ruzanna Məmmədova Masallı rayonunun Mişkəmi kəndindəndir.
Akif AĞAYEV


