AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR:
Rüstəm Behrudi:
Qürurlu olmağı xoşuma gəldi…
Mənim müğənnilərlə elə bir yaxın əlaqəm yox!
Tanıdığım bir neçə sənətkar var—rəhmətlik Qədir Rüstəmov və Yalçın Rzazadə ilə yaxın dostluğumuz vardı. Alim, Flora xanım, Lalə xanım Məmmədova da dostluq elədiyim, sevdiyim müğənnilərdi.
10-15 gün bundan əvvəl gecələrin birində gec vaxtı telefonuma vaxtsız zəng gəldi.
Həm gec vaxtı, həm də tanımadığm nömrə olduğundan telefonu açmadım.
İsrarla zəng vurduğundan sonradan telefonu açdım!
-Mən müğənni Aygün Bəyər!
Adını bildiyimdən, buyurum dedim!!
Ona bir məsələdə kömək eləməyimi xahiş elədi! Söz verdim! Xəstə olduğunu söyləmədi!
Qürurlu olmağı xoşuma gəldi…
Bir neçə gündən sonra mənə minnətdarlıq mesajı göndərdi!
Bu gün ölüm xəbərini eşitdim!
Mahnılarına ölümündən sonra qulaq asdım.
Gözəlmiş!
Ruhu şad olsun!


