Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

N.Cokoviç "Australian Open"-də 33, xardda isə 700-cu qələbəsini qazanıb

Melburnda (Avstraliya) tennis üzrə keçirilən və 2024-cu ilin ilk "Böyük Dəbilqə" seriyasından olan "Australian Open-2024" davam edir. Bu gün turnirdə 1/4 final mərhələnin oyunlarına start verilib. Maraqlı oyunlardan biri dünyanın bir nömrəli raketka ustası olan serbiyalı Novak Cokoviçlə Top-20-də yer alan amerikalı Teylor Fritsa arasında olub. Qarşılaşma Cokovicin qələbəsi ilə başa çatıb - 7:6, 4:6, 6:2, 6:3. Bu qələbə sayəsində turnirin yarımfinalına (1/2) yüksələn serbiyalı raketka ustası bununla "Australian Open"də ardıcıl 33-cu, xard örtüklü kortda isə 700-cu qələbəsinə imza atıb. Bu göstəriciyə görə yalnız Roje Federerdən (783) geri qalan Novak "Böyük Dəbilqə"də Top-20 üzərində 15--ci qələbəsini qazanmaqla Rojeni də (14) qabaqlamaqla irəli çıxıb. 

Yeri gəlmişkən, Cokoviç yarımfinal matçını Yannik Sinner (İtaliya) - Andrey Rublev (Rusiya) cütünün qalibinə qarşı keçirəcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin