Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR

Hümbət Quliyev:

 Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

Məmnuniyyətlə qeyd edirəm ki, HACIYA Bakıda uzun illərdən sonra nəhayət ki, abidə ucaldılıb. Qürurvericidir. Xalqımızın yaddaşında bu abidə həmişə olub, indi Bakının da mərkəzində var. Allaha şükr olsun. Bu bir daha sübut edir ki, xalqı üçün çalışanı, xalq heç zaman unutmur, bir az geci, bir az tezi var.

Heykəl beş il qabaq qoyulsa da, bir çox insanlar hələ də hesab edir ki, heykəl uca bir postamentin üzərinə qoyulmalı idi, bir sözlə nəhəng olmalıydı, daha özü boyda, yerdən yox.

Bu barədə öz fikrimi yazıram. Fikrimi bir analogiyaya söykəyəcəyəm.

Franklin Ruzvelt ABŞ-ın XX əsrin birinci yarısında prezidenti olub. O, böyük depressiya və İkinci dünya müharibəsi dövründə Amerika dövlətinə başçılıq edib.

Onun Amerika xalqının qarşısında xidmətləri çox böyükdür.

Məhz buna görə o dünyasını dəyişəndə, Amerika höküməti çox hündür postament üzərində ona nəhəng bir heykəl ucaltdı. Amerikalılar bu nəhəng abidəni görüb ayağa qalxdılar və dedilər ki, siz onu bizdən uzaqlaşdırmısınız.

Nəhəng abidəni sökdülər və onun yerində Ruzveltin öz ölçüsündə, əlil arabasında heykəlini qoydular. Hər amerikalı özünə borc bilir ki, Ruzveltlə qucaqlaşmış şəkildə fotosu olsun.

HACI ilə şəkil çəkdirən hər kəs də bilsin ki, o da elə bizim boyda olub, sənin, mənim kimi, amma nəhəng işlər görə bilib, deməli hər birimiz də nələrisə bu xalq üçün edə bilərik.

Doğum günün mübarək olsun, HACI, böyük əməllərinə görə bu xalqın yaddaşında həmişə yaşayacaqsan.

Hümbət Həsənoğlu

Best coffeeshop in Berlin