Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İlqar Əlfioğlu:

 Balet bizim haramıza yaraşır axı?...

Tanınmış bir balet ustasıyla söhbət edirdim, dəhşətə gəldim. Əvvəllər balet artistləri 40 yaşında təqaüdə çıxırdı, onu da 65 ediblər. Ay camaat, 40 yaşında artıq ayaqları şikəst olan 65 yaşına qalar? Dostumdan soruşuram ki, sizin dərdinizi respublika rəhbərliyinə deyən yoxdur? Qayıdır ki, kim deyəcək, Opera və Balet teatrı vəzifəlilərimizin yadına ancaq xariciləri tamaşaya gətirəndə düşür. Deyir, bizim maaşımızı sonuncu dəfə Heydər Əliyevin vaxtında qaldırıblar, əlim üzümdə qaldı. Ay, mədəniyyətimizin naziri, ay, Aparatda mədəniyyətimizə baxan Fərəh Şirməmməd qızı bu camaatın dərdiylə niyə məşğul olmursunuz? Qənirə rəhmətlik, heç olmasa, çalışırdı onlar ücün. Sahil Babayev balet oynamayıb, klassik baletdən xəbəri yoxdur, sizin bildiyinizə də, şübhə edirəm, yəqin xəbəriniz yoxdur ki, ən yaxşı halda, 15 ilə şikəst olursan, oynamaq nədi, düz-əməlli yeriyə də bilmirsən. 50-60 yaşlı balet ustası təqaüdə qədər acından ölməmək üçün, nə etməlidir? Bir iş deyin, məşğul olsunlar. Bağlayın ordakı tarixi teatrı, binasını da verin, şadlıq evindən-zaddan açsınlar, balerina və baleronlarımız da ancaq oynamaq bilir, gedib "Topaz" oynasınlar. Xarici qonaq gələndə, ruslardan-zaddan çağırarsınız, Kristal-hollda balet çıxararlar onlarçun....

Balet bizim haramıza yaraşır axı?..

P.S. Mənim 40 yaşlı dostum ayda 700 manat məvacib alır, zədəsiz yeri yoxdur. Saçı artıq ağarıb, səhnəyə çıxmamışdan makinanın kopya kağızını başına sürtüb, üstündən lak vurur ki, geroy-lyubovnik rolunu oynasın, zaldakılar onu görəndə, gülməsinlər...

P.P.S.

Bilirəm e-e, burda yazdığım tükünüzü də tərpətmir, amma, mənim də əlimdən yazmaq gəlir də, neyləyim?..

Best coffeeshop in Berlin