Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR

Vaqif Bəhmənli: 

Yaxşıların yaxşısı

Qardaşım Umud Rəhimoğluna.

Ad günün mübarək, yaxşı insan!

 

Həyat - əyrini yonan mahir əldə rəndədi,

Həyat – xalis rəng alan tutumlu yaxşı xına.

Bu dünyada nə qədər yaxşı var, çevrəndədi,

Çünki yaxşı seçirsən hər şeyin yaxşısını.

 

Hərdən qorxuzur bizi nəhayətsiz dərinlik,

Zirvənə də qalxırıq, heç demirik ərindik!

Qalın kölgənin nuru verir qəlbə sərinlik,

Qoymursan ki, çətrində ən xırda naxşı sına!

 

Hamıyla bir candadır, necə deyim gendədi? –

Üstümdə Allahım var, Umud yaxşı bəndədi!

Geri çəkiləndə də baxırsan ki, öndədi –

Yaxşılığı var axı Allahın naxşı sanı!

 

Halalın olsun, qardaş, sonu uğurlu hədəf,

Təmiz qandan su içir köksündəki saf sədəf.

Yoldaşı Allah seçir, düzür böyrünə səf-səf

Sənə artıqdı demək – dostları yaxşı sına!

 

Əzizindi halallar, yaxın, ya uzaq olsun;

Təki yol gedən kəsin qəlbində çıraq olsun!

Yükü çəkən mərddirsə, düşünmə, iraq olsun,

Kotanın ağzı çönə, çətin ki, ya xış sına!

 

Aləm nahaqdan demir Umuddan bir dənədi,

Sadiq günəbaxandı, hər dəm üzü günədi!

Uşaq deyil ki, Allah, baxır, görür nə nədi,

Ürcah eyləyir onu hər şeyin yaxşısına!

Best coffeeshop in Berlin