Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan şahmatçıları "Grand Sviss 2025"də

Dünən Özbəkistanin Səmərqənd şəhərində kişi və qadın şahmatçılar arasında "Grand Sviss 2025" beynəlxalq turnirə start verilib. Qeyd edək ki, iddiaçılar turnirinə seçmə xarakteri daşıyan və mükafat fondu 855.000 ABŞ dolları təşkil edən bu turnirdə Azərbaycan 4 kişi və 3 qadın şahmatçı ilə təmsil olunur. Kişilərin yarışında ölkəmizi Şəhriyar Məmmədyarov, Raif Məmmədov, Aydın Süleymanli və Məhəmməd Muradlı, qadınlar arasında isə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva təmsil edir. 

Reqlamentə görə, İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olacaq bu turnirdə ilk iki yeri tutan kişi və qadın şahmatçılar İddiaçılar turnirində iştirak etmək hüququ qazanacaqlar.

Turnirə sentyabrın 15-də yekun vurulacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin