Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR

Fazil Güney:

Artıq tamah daş yarar...

Artıq tamah daş yarar,daş qayıdıb baş yarar

Atalar sözü.

Bu yaxınlarda saytda oxudum ki,həbsdə olan KİV DF-nin keçmiş direrktoru-dövlətin mətbuata,jurnalistlərə ayırdığı pulları yeyib üstündən araq içmiş Vüqar Səfərli müsadirə edilmiş “əmlakını” nın qaytarılması üçün məhkəmiyə müraciət edibdir. Bu əmlak siyahısına baxdıqda qan təziqim qalxdı kəllə-çarxa... Bu adamcığaz nə qədər utanmaz imiş!. Sən axı 90-cı illərədək Məşədi İbadın hambalından seçilmirdin!? Bu qədər var-dövləti,torpağı,evləri,maşınları,banklardan pulları qısa sürətdə necə və nəcür qazandın?
Mən onu uzaqdan-uzağa Sovet dönəmindən tanıyırdım.O vaxtlar bütün qəzet və jurnallar “Azərbaycan” nəşriyyatında çıxırdı,redaksiyalar orada yerləşirdi.Vüqar Səfərov çapdan çıxmış qəzetləri köşklərə yayılması ilə məşğul olub çax-çuxunu edirdi.Yəni sənədlə qəzetlərin sayını az göstərili mətbədən çox çıxarıb satırdı.Bir dəfə o vaxtlar çox satılan “Səhər” qəzetinin faktiki sayı ilə fakturadakı sayla düz gəlmədiyini  görən mühafizə polisi mərhum redaktor Məzahir Süleymanzadəyə məlumat vermişdir... İllər sonra Məzahir danışırdı ki,Məşədi İbadın hambalından da miskin görünən andakı Vüqar ayaq üstü ölmüşdü.İşdən qovulmaq və haqqında cinayyət işi qaldırılması təhlükəsi vardı... Yazığım gəldi,məhkəmənin böyüdülməməsini tövsiyə edib qayıtdım.Amma Vüqar Səfərov vəzifəyə gələndən dəbdəbəli kabinetdə,dövlət nişanlı qara Mersedesdə oturdulandan sonra Məzahirə çox böyük pislik etdi... Kirayədə qalan bu fədakar jurnalistin adını mənzil siyahısından çıxardı... Unudulan,ehtiyac içində yaşayan Məzahirin dərdinin üstünə dərd calandı və bu dərdlə onu vaxtsız apardı...
Kifayət qədər səlahiyyət verilmiş ,adı ilə tərs mütənasib olan Vüqar qəzetlərin nəşrinə yardım,jurnalistlərin bayramları,xaricə səfərləri və s. üçün dövlətin ayırdığı vəsaitdən oğurladığına görə  jurnalistlərə pulsuz verilmək üçün tikilmiş mənzilləri altın-altın sataraq cibişdanına doldurduğu haram pullara yuxarıda adlarını ötəri çəkdiyimiz var-dövlətə sahib olmuşdu.
O,media rəhbərlərini yanına çağırıb “dostcasına” deyirdi:
-Bax,sənə hörmət etdiyimiz üçün adını yardım siyahısına salmışıq.Alacağın məbləğin bu qədərini mənə verəcəksən.Ona görə çoxunu götürəcəm ki,xərcimiz çoxdur.
Eyni olay mənimlə də oldu. O zamanlar üç dildə xəbərlər yayan “AssA-Iradə” xəbər Agentliyinin və ölkəmizdə ilk ingilis dilli qəzet “AzeNews” qəzetinin təsisçisi idim... “Fikirləşərəm”- deyib məni sıxan otağdan çıxdım.O,mənim tərəddüdümü görüb əlavə etmişdi. “Mənim sizlərin düşündüyü müəllimdən başqa,ondan yuxarıda oturanla da sıx əlaqəm var”.
O,Ramiz Mehdiyevə də işarə edirdi.
Məndən cavab çıxmadığı üçün o,jurnalistlərin tədbirlərində məni alçaltmağa cəhd etdi.Dözməyib ona zəng etdim.Dedim ki,əvvələn belə həlləm-qəlləm işlərə qol qoya bilmərəm.İkincisi,mənə qarşı atmacalarını saxla.Sən nə haqla özünü aralarında tanınmış qələm sahibləri,bilim adamları,redaktorlar olan jurnalistlərin media kapitanı kimi aparırsan?ağzına gələni danışırsan.Ayıbdır,özünü yığışdır.
Bu söhbətdən bir-iki saat sonra onun ictimai–siyasi şöbənin müdir müavini olan adaşı mənə zəng elədi,Vüqar Səfərlinin onu təhqir etdiyini söylədiyini bildirdi,dövlət məmuruna qarşı sayqılı davranmağımı tövsiyə etdi.
Bu olaydan sonra jurnalistlərin kapitanı adımı özünün qara siyahısına saldı.Mən jurnalistlərin tədbirlərinə,hətta mətbuat gününə belə dəvət olunmurdum...

Fazil Güney

Best coffeeshop in Berlin