Millimiz DÇ-2026-nin seçməsinə məğlubiyyətlə başlayıb
Fernandu Santoş Azərbaycan yığmasını daha 1 darmadağınla üzləşdirib
2026-ci ildə futbol üzrə keçiriləcək dünya çempionatının (DÇ-2026) seçmə qrup oyunlarına dünən start verilib və bununla da Köhnə Qitədə futbol həyəcanı, futbol bayramı yasanib. Təəssflər olsun ki, baş məşqçisi portuqaliyalı "mutəxəss" Fernandu Santoş olan və seçmələrin "D" qrupunda Fransa, Ukrayna və İslandiya komandası ilə birlikdə yer alan Azərbaycan millisi bizlərə bu dəfə də bayram sevinci yaşada bilməyib. Qeyd edək ki, bu portagezli adam millimizin sükanı arxasına keçəndən bəri bizlərə bir dəfə də olsun qələbə sevinci yaşatmayan yığmamız öz ənənəsinə sadiq qalaraq, bu dəfə də pərəstişkarlarını məyus edib.
Belə ki, ilk tur çərçivəsində Reykyavikdə yerli İslandiya komandasının qonağı olan millimiz meydanı darmadağın hesablı məğlubiyyətlə tərk edib. Xatırladaq ki, Reykyavikdəki "Leyqardalsvedlyur" stadionunda baş tutan və hakimi hollandiyalı Sander van der Eyk olan oyunda millimiz öz qapısından beş cavabsız qol buraxıb. Diqqətçəkən məqamlardan biri qolların dördünün ikinci yarıda vurulmasidir.
İlk yarının sonunda (45+2) Viktor Palsson hesabı açıb - 1:0. İkinci hissənin əvvəlində İsak Youxannesson (47) hesabı artırıb - 2:0. Bundan 9 dəqiqə sonra (56-ci dəq) o, dubl edib - 3:0. Matçın 67-ci dəqiqəsində Albert Qudmonsson hesabı 4:0 - a çatdırıb. Matçda son nöqtəni isə 69-cu dəqiqədə Qudmonssonu əvəz etməklə meydana çıxan Kristian Xlinesso (73-cu dəq.) qoyub - 5:0.
"D" qrupunda baş tutan digər oyunda isə Fransa səfərdə Ukraynanı üstələyib - 0:2.
Bu oyun Polşanın Vratslav şəhərindəki "Trocinski Arena"da keçirilib.
İNTİQAM Məmmədov


