Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR

Maarif Soltan: 

Deyirlər, vaxt gələcək...

Deyirlər,

vaxt gələcək...

O Vaxt nə vaxt gələcək?

Bir may səhərimi —

günəş doğanda?

Bir qaranlıq gecəmi —

kədər məni boğanda?

Yasəmən fəslindəmi,

Ömrün sevgi cağımı?

Bəlkə elə indidən

qızdırım otağımı -

qoy gəlib üşüməsin...

Qoy gəlib düşünməsin,

Gözləməmişəm onu —

sevgili qonağımı.

Onu qarşılamağa

bəlkə heç vaxt olmadı—

başım qarışıq oldu.

O Vaxt nə vaxt gələcək?!

O Vaxt hardan gələcək?!

Uzaqlardan gələcək.

Ulduzların yanından,

Gələcəkdən gələcək!..

O Vaxt

nəvaxtsa məni

Hökmən

salacaq yada.

Bir də gəlib görəcək —

Mən

yoxam bu dünyada...

 

Best coffeeshop in Berlin