(AZpressAZ-in arxivindən: 2024-cü il)
YADA DÜŞƏR XATİRƏLƏR
Kəmalə Abiyeva:
Gecənin şeiri
Bu kövrək anımda dəyməyin mənə,
ovutmaq xətrinə nə bir şirin söz,
nə bir şirin kəlmə deməyin mənə.
Bir sözlə ovunmaq nəyimə gərək?
Ağlamaq-ağrımaq istəyir ürək.
Su paklıq,su saflıq,su duruluqdur,
Ağlaram yuyunnam göz yaşımda ki,
saflaşım,durulum göz yaşı təki.
Təsəlli gəzməyin siz bu halıma.
Heç zaman ağlaya bilməyənlərin yanın halına.


