Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR

Osman Gündüz:

Dövlət qurumlarının elektron xidmətlərinin, yoxsa oflayn xidmətlərinin qiymətləndirilməsi ictimai əhəmiyyət kəsb edir?

Bu gün “ASAN xidmət indeksi” üzrə dövlət xidmətlərinin keyfiyyəti ilə bağlı 2023-cü il nəticələri açıqlanıb.

ASAN-nın bunu hər il sistemli olaraq təqdim etməsi diqqət çəkəndir.

Xatırlayıram ki, bir neçə il öncə dövlət xidmətlərinin elektron reyestrinin, qiymətləndirmə metedologiyasınnın hazırlanması sahəsində İctimai Şura olaraq da yaxından iştirak etmişdik.

Əvvəllər bu nəticələr ciddi ictimai maraq cəlb edirdi, xidmətlərin səmərəlilyi və təhlillər üçün mühüm əhəmiyyət kəsb edirdi.

Amma, dərhal qeyd edib ki, hazırda ASAN-nın təqdim etdiyi bu nəticələr dövlət qurumlarının yalnız OFLAYN xidmətlərinə, yalnız kağız formada göstərilən xidmətlərinə aiddir.

Dövlət qurumlarının elektron xidmətlərinin qiymətləndirilməsi səlahiyyəti Prezident fərmanı ilə iki il öncə ASAN-dan alınaraq RİNN-ə verilib.

Best coffeeshop in Berlin