Azərbaycan millisi Ukrayna ilə sülh bağlayıb
Emin Mahmudovsa millinin ən yaxşı bombardiri olub
Bu gün futbol üzrə DÇ-2026-nin seçmə qrup oyunları çərçivəsində ikinci tura start verilib. Turnirin "D" qrupunda yer alan Azərbaycan millisi ikinci tur çərçivəsində Ukrayna millisini doqma divalar arasında qəbul edib. Qeyd edək ki, ilk turda İslandiya komandasına darmadağın hesabla (0:5) məğlub olandan sonra portuqaliyalı baş məşqçi Fermando Santoşla yollarını ayıran millimiz ev matçında meydana baş məşqçi əvəzi Ayxan Abbasovun rəhbərliyi altında çıxıb. Tofiq Bəhramov adına respublika stadionunda baş tutan və taleyi yunanıstanlı referi Vasilis Fotiasa həvalə edilən oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Nəticədə millimiz qrup mərhələsində aktivinə ilk xalını yazdırıb. Eyni sözləri ilk turda öz meydanında Fransaya iki cavabsız qolla məqlub olan Ukrayna millisi haqda da demək olar.
Oyunun gedişatına gəlincə, ilk yarısı qolsuz bərabərliklə bitən matçda hər iki qol fasilədən sonra vurulub.
Matçın 51-ci dəqiqəsində qonaq komandanin heyətində yer alan Qeoriy Sudakov hesabı açaraq komandasını irəli çıxarıb - 0:1.
Doqma divarlar arasında məqlub olmaq istəməyən millimiz rəqib qapısı ağzında gərginlik yaratmaqa çalışıb. Nəhayət, 70-ci dəqiqədə rəqib müdafiəçi Aleksandr Zincenko cərimə meydançasında Tural Bayramovun qarşısını almaq istəyərkən əllə oynayıb. VAR-in qərarından sonra Ukrayna millisinin qapısına penaltı təyin edilib. Millimizin kapitanı Emin Mahmudov (72-ci dəq) bu fürsəti qaçırmayıb. Nəticədə hesab bərabərləsib - 1:1.
Buutun azərbaycanlı futbol azarkeşlərini sevindirən bu qol Emin Mahmudov üçün də əlamətdar hadisə kimi tarixə yazılıb. O, millidə sayca 15-ci qolunu vurmaqla 21 ildən sonra millidə yeni rekorda imza atıb. Xatırladaq ki, buna qədər millinin ən yaxşı bombardiri adını 14 qolla Qurban Qurbanov daşıyırdı.
Qrupda keçirilən digər oyunda Fransa millisi evdə İslandiyanı qəbul edib.
İNTİQAM Məmmədov


