Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Sərxoş valideynlərin "qız alveri": 20 yaşlı oğlan 14 yaşlı qızla nişanlanıb?

Sabirabadın Əsədli kəndində 20 yaşlı oğlanın 14 yaşlı qızla nişanlanması barədə xəbərlər yayılıb.

Yeniyetmə qızın anası Gülər Fərzəliyeva isə bu xəbərin yalan olduğunu bildirib:

"Həyat yoldaşımla həmin oğlanın atası məclislərdən birində yeyib-içiblər. Sərxoş olan oğlanın atası qızımızı oğluna istədiyini deyib. Həyat yoldaşım isə qızımızın azyaşlı olduğunu söyləyib. Bundan sonra evimizə heç kim gəlməyib, nişan olmayıb".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, daxil olmuş məlumatla əlaqədar şöbə əməkdaşları qanunvericiliyə əsasən dərhal tədbirlər həyata keçiriblər. Hər iki tərəf polis şöbəsinə dəvət olunub:

"Araşdırmalar zamanı oğlanın 20, qızın isə 14 yaşı olduğu müəyyən edilib. Ailələrlə izahedici söhbətlər aparılıb və bu halın qanunla qadağan olduğu izah edilib. Lakin həmin vaxt yeniyetmə qızın valideyni Hikmət Fərzəliyev və Elvin Məmmədli səs-küy salaraq polisin xidməti fəaliyyətinə mane olublar. Onları nizam-intizama dəvət etsələr də, hərəkətlərini davam etdirərək ictimai qaydanı pozublar. Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə onlar 8 sutka inzibati qaydada həbs olunublar".

12:23

Sabirabadda 14 yaşlı qızla 20 yaşlı oğlanın nişanlanması ilə bağlı bəzi təfərrüat məlum olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan  cavab olaraq bildirilib ki, daxil olmuş məlumatla əlaqədar şöbə əməkdaşları tərəfindən dərhal qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirilib, hər iki tərəfin valideyləri polis şöbəsinə dəvət olunublar. Araşdırmalarla bəyin 20, qızın isə 14 yaşı olması müəyyən edilib. Ailələr ilə izahedici söhbətlər aparılıb və qeyd edilən halın qanunla qadağan olduğu izah edilib.

Lakin, həmin vaxt yeniyetmə qızın valideyni H.Fərzəliyev, eləcə də bəy E.Məmmədli səs-küy salaraq, polisin xidməti fəaliyyətinə mane olublar. Onları nizam-intizama dəvət etsələr də həmin şəxslər hərəkətlərini davam etdirərək, ictimai qaydanı pozublar. H.Fərzəliyev və E.Məmmədli barədə İXM-nin müvafiq maddəsi ilə protokol tərtib olunub, iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə onlar səkkiz sutka inzibati qaydada həbs olunublar.

11:36

Sabirabad rayonunda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb.

AZpress.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun Əsədli kəndində qeydə alınıb.

Bu barədə polisə məlumat daxil olduqdan sonra nişanlanan yeniyetmə ilə gəncin atası Sabirabad Rayon Polis Şöbəsinə dəvət ediliblər. Burada məlumatlar dəqiqləşdirilərkən 14 yaşlı qızın 1987-ci il təvəllüdlü atası S.Fərzalıyev qışqıraraq söyüş söyməyə, qızı ilə nişanlanan oğlanın atasını təhqir etməyə başlayıb.

O, qızını nişanlamaq fikrinin olmadığını, qarşı tərəfin təkidi ilə həri məclisinin olduğunu deyib.

İctimai asayişi pozan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Sabirabad Rayon Məhkəməsinin qərarı ilə S.Fərzalıyev 8 sutkalıq həbs edilib.

Best coffeeshop in Berlin
https://www.youtube.com/watch?v=Hr-HmRkYwrk&t=18s