AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR
Səadət Qərib:
Yaralara toxunmayın
Hər insanın həyatında
sızlayan bir yarası var.
Acısı olan insanlar
ürəkdə səssiz ağlayar.
Zamanla bəlkə yaralar
biraz dinər ,qabıq qoyar ,
Amma ona toxunsanız
yara yenidən qanayar.
Yaralanan insanların
Baxışları ürkək olur.
Qəm gözlərində gizlənir
Təbəssümü kövrək olur.
Sızlayan o yaralara,
toxunmayın ey insanlar.
Bilə-bilə toxunsanız,
vicdanınız yaralanar.
Səadət Qərib


