Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədidə pambıqçılarının ümumrayon müşavirəsi keçirilib - ÖZƏL

Sentyabrın 12-də Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzində Ağcabədi pambıqçılarının ümumrayon müşavirəsi keçirilib.

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, müşavirədə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, RİHB yanında Şura üzvləri, aparatın şöbə müdirləri, FHN-nin Ağcabədi Dövlət Yanğından Mühafizə hissəsi, idarə, müəssisə, təşkilat rəhbərləri, zavod direktorları, şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə və YAP ərazi təşkilatlarının sədrləri, sahibkarlar və fermerlər iştirak ediblər. 

Rayon rəhbəri Rafil Hüseynov tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən qəhrəmanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

Bundan sonra təsərrüfat ili üçün pambıq məhsulunun vaxtında və itkisiz yığılması ilə bağlı rayon ərazisində fəaliyyət göstərən pambıq emalı zavodlarının və qəbulu məntəqələrinin pambıq yığımına hazırlığı barədə Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən, Bitkiçilik sektorunun müdiri Azamin Abdullayev məruzə ilə çıxış edib. O, qeyd edib ki, 2025-ci il təsərrüfat ili üçün rayonumuzda 1253 nəfər fermer tərəfindən tədarükçü şirkətlərlə 11791,7 ha sahədə pambıq əkini üçün müqavilə bağlanıb. Hal-hazırda məhsul yığımına hazırlıq işləri görülür. O da vurğulanıb ki, pambığın hər hektarına becərmə xərci maksimum halda 2000 manat olduğu haldadövlət tərəfindən hər hər hektardan 50 sentner məhsul əldə etmiş fermerə 975 manat məhsul subsidiyası ödənilir ki, bu da fermerlərə böyük maddi dəstəkdir. Pambığın gətirdiyi gəlir rayonun bütün təbəqədən olan əhalisinin rifahına müsbət təsir göstərir.

“Prime cotton” MMC-nin Ağcabədi filialının direktoru İbrahim Ağamirov, “Azərpambıq” ASK MMC-nin Ağcabədi Pambıq və Emalı zavodunun direktor vəzifəsini müvəqqəti icra edən Rasim Rəsulov, “P-Aqro” MMC-nin Ağcabədi filialının direktoru Qələndar Mamedov, o cümlədən fermerlər – Abdulla Həsənov, Famil Quliyev məruzə ətrafında çıxışlar edərək hesabatlar veriblər. Vurğulanıb ki, hazırda sahələrdə defolyasiya işləri gedir, məhsul yığımına hazırlıq, xüsusən yığımda istifadə olunacaq işlək vəziyyətdə olan texnikalara nəzarət prosesləri həyata keçirilir. 

FHN-nin Ağcabədi Dövlət Yanğından Mühafizə hissəsi rəisinin vəzifəsini müvəqqəti icra edən, daxili xidmət mayoru Elnur Qəmbərov da çıxış edərək təhlükəsilik işləri ilə bağlı təsərrüfatçılara, fermerlərə müəyyən tövsiyələr verib.  Elnur Qəmbərov qeyd edib ki, pambıq yığımında texnikadan düzgün istifadə və əməkdaşların təhlükəsizlik qaydalarına əməl etməsi olduqca vacibdir. Burada xüsusilə yanğın təhlükəsiliyi məsələləri ön plandadır. Həmçinin sahədə siqaret və ocaq yandırmamaq, texnikadan düzgün istifadə etmək, kimdənsə alınmış traktor, kombayn və digər avadanlıqlar nazas vəziyyətdə işlədilməməlidir. Sahə kənarlarını təmiz saxlamaq, quru ot, saman və tez alovlana bilən tullantılar yığılıb sahədən uzaqlaşdırılmalıdır. 

Təxminən 2 saata yaxın davam edən müşavirə sual-cavab şəklində davam edib. Fermerləri narahat edin və maraqlandıran məsələlər mütəxəssislər tərəfindən ətraflı şəkildə cavablandırılıb. 

Sonda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov yığım ərəfəsində olan təsərrüfatçılara, fermerlərə, aidiyyəti iş adamlarına müəyyən tapşırıqlar, tövsiyələr verib. 

Best coffeeshop in Berlin