Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Qəhrəman atalar" kitabının Qusarda təqdimatı keçirilib

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı şairə Esmira Günəşin şəhid atalarına həsr etdiyi "Qəhrəman atalar" kitabının Qusar rayonun Mərkəzi Kitabxanasında təqdimatı keçirilib. Tədbirdə şəhid Oleq Cəfərovun ailə üvləri,  şəhid Sənan Zamanovun anası, şəhid Niyazi Məmmədovun anası, şəhid Çoban Nurmətovun həyat yoldaşı, şairlər, məktəblilər və kitabxana kollektivi iştirak ediblər. Tədbiri Mərkəzi Kitabxananın direktoru Gültəkin xanım şəhidlərin xatirəsini bir dəqiqəlik sükütla yad edərək açıq elan edib. Daha sonra çıxış üçün ilk söz şəhid ailələrinə verilib. Tədbir qonaqların maraqlı çıxışları və məktəblilərin səsləndirdiyi şeirlərlə davam edib.  Tədbirin sonunda  şairə Esmira Günəş şəhid Oleq Cəfərovun xatirəsinə həsr etdiyi "Şahin gözlü Snayper", Şəhid Elnur Əliyevin xatirəsinə həsr etdiyi "Bənövşə ömürlü oğul payımsan", şəhid Davud Məmmədlinin xatirəsinə həsr etdiyi "Şimşəkdən Dənizə" kitabları ilə yanaşı, "Qəlbimizdə yaşayanlar", "Qəhrəman analar", "Qəhrəman atalar" kitablarını da kitabxananın fonduna hədiyyə edib. Qonaqlar xatirə şəkli çəkdirdikdən sonra kitabxana kollektivinin təşkil etdiyi çay süfrəsinə dəvət olunublar.

Best coffeeshop in Berlin