Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ağcabədidə milli musiqimizin təntənəsi- ÖZƏL (FOTO=30)

Sentyabrın 18-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində “18 Sentyabr – Milli Musiqi Günü” ilə bağlıAğcabədi Rayon İcra Hakimiyyəti və Qarabağ Reğional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş XVII Beynəlxalq Musiqi Fevtivalı çərçivəsində F.Əmirov adına Əməkdar kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor qrupu dahi bəstəkarın, eləcə də Azərbaycanın digər tanınmış bəstəkarlarının yaradıcılıqlarından ibarət konster proqramı ilə çıxış edib. 
Bəstəkarın adını daşıyan Qarabağ Muğam Mərkəzində baş tutan tədbirdə Ağcabədi rayon rəhbərliyi, Qarabağ Regional Mədəniyyət İdarəsi, mədəniyyət müəssisələrinin kollektivləri, şəhid ailələri, rayon ictimaiyyəti iştirak ediblər. 
Çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qonaqları salamladıqdan sonra qeyd edib ki, bəstəkarın dünyaya göz açdığı doğma Ağcabədidə belə bir tədbirin keçirilməsi böyük mədəni hadisədir, əsl musiqi bayramıdır. Rayon rəhbəri vurğulayıb ki, Üzeyir Hacıbəyli dünya şöhrətli bəstəkar olmaqla yanaşı, özündən sonra zəngin irs buraxan həm də böyük bir məktəbdir. Məhz Üzeyir bəyin musiqisi üzərində pərvəriş tapan müasir Azərbaycan musiqisi bütün dünya tərəfindən sevilir, qəbul edilir. 
Bundan sonra F.Əmirov adına Əməkdar kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı nümunəvi çıxışlar ediblər. Ansamblın musiqi rəhbəri Mahir Ordubadi və ansamblın xormeysteri, Əməkdar artist Naala Barateliyanın rəhbərliyi ilə oxunan mahnılar, xor ifaları və rəqslər tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. 
Təxminən bir saat davam edən, “Leyli və Məcnun” operasından “Şəbi-hicran” xoru ilə başlayanəsl bayram ab-havalı konsert proqramı digər görkəmli bəstəkarımız C.Cahangirovun “Qarabağ” mahnısı ilə yekunlaşıb. 
Əziz musiqisevərlər, Milli Musiqi gününüz mübarək olsun!

Best coffeeshop in Berlin