Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Maks Ferstappen Bakı Qran-Prisinin qalibi olub 

Sentyabrın 21-də Formula-1 üzrə dünya çempionatınin Bakı Qran-Prisinin final yürüşü keçirilib. Yürüşdə  20 pilot mübarizəyə qatılıb ki, onlardan da biri istisna olmaqla, 19-u mübarizəni finişə qədər davam etdirib. Sayca mövsümün 17-ci Qran-Prisi olan bu yürüşün qalibi dördqat dünya çempionu adını daşıyan Maks Ferstappen ("Red Bul") olub. Qeyd edək ki, bu onun cari mövsümdə 4-cu qələbəsi olub. Yeri gəlmişkən, hollandiyalı pilot uzunluğu 6001 metr olan Bakı trasinda 51 dövrəni 1 saat 33 dəqiqə 26.408 saniyəyə qət edib (306,049 km). Xatırladaq ki, Ferstappen final yürüşündən qabaq keçirilən təsnifat (sıralanma yarısı) mərhələsində də bir dövrəni 1 dəqiqə 41,117 saniyəyə qət edərək birinci olub və buna görə də final yürüşündə startdan birinci çıxıb. Beləliklə, cari mövsümdə İtaliya, Yaponiya, Emili-Romani Qran-Prisini udan Maks indi də Bakı mərhələsini udub.

 Bakı Qran-Prisində ikinci yeri "Mersedes"in pilotu Corc Rassell tutub. O, qalibdən 14,609 saniyə geri qalıb. İlk üçlüyü isə qalibdən 19,199 saniyə geri qalan Karlos Sayns ("Uilyams") tamamlayıb. Bakıda dördüncü yeri "Mersedes"in pilotu Andrea Kimi Antonelli tutub. O, finişə qalibdən 21,780 saniyə gec çatıb. Yürüşün diqqətçəkən məqamlarından biri cari mövsümdə 7 Qran-Prinin qalibi olan və hazırda pilotların yarış cədvəlində vahid liderlik edən Oskar Piastrinin elə birinci dövrədən sonra yürüşdən çıxması olub. Ancaq bu uğursuzluq onun liderlik mövqeyinə təsir etməyib. Geridə qalan 17 Qran -Pridən beşinin qalibi olan Lando Morris ("Maklaren") Bakıda 7-ci olub. Maraqlı məqamlardan biri də 7 qat dünya çempionu adını daşıyan britaniyalı pilot Lyuis Hamltonun  ("Ferrari") finişə 8-ci sırada çatmasıdir. O, qalibdən 36,301 saniyə geridə qalıb. 

Geridə qalan 17 Qran-Pridən sonra pilotların yarış cədvəlində vəziyyət belədir (ilk onluq):

1. Oskar Piastri ("Maklaren") - 324 xal, 

2. Lando Norris ("Maklaren") - 299, 

3. Maks Ferstappen ("Red Bul") - 255,

4. Corc Rassell ("Mersedes") - 212,

5. Şarl Lekler ("Ferrari") - 165,

6. Lyuis Hamlton ("Ferrari") - 121,

7. Andrea Kimi Antonelli ("Mersedes") - 78,

8. Aleksandr Albon ("Uilyams") - 70,

9. İsak Hadjar ("Rasinq Bulka") - 39,

10. Niko Xyulkenberq ("Sauber") - 37.

Komandaların vəziyyəti belədir:

1. Maklaren - 623 xal,

2. Mersedes - 299,

3. Ferrari - 286,

4. Red Bull - 272,

5. Uilyams - 101,

6. Rasinq Bulls - 72,

7. Aston Martin - 62,

8. Sauber - 55,

9. Haas - 44,

10. Alpine - 20.

Qeyd: Mövsümün növbəti Qran-Prisi oktyabrın 5-də Sinqapurdaki "Marina Bay Street Ciciunt" avtodtomunda keçiriləcək. Pilotlar burada uzunluğu 4938 metr olan trasda 69 dəfə dövrə vurmaqla 306,143 km məsafəni qət etməyə çalışacaqlar.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin