Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçularımız Açıq Avropa Turnirində iştirak edəcəklər 

27-28 sentyabr günlərində Cexiyanin paytaxtı Praqada kişi və qadınlar arasında cüdo üzrə Açıq Avropa Turniri keçiriləcək. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə iki gün davam edəcək bu turnirə ölkəmiz böyük heyətlə qatılacaq. Böyük məşqçi Slavko Tekicin rəhbərliyi altında sözügedən turnirə qatılacaq kişi komandamızın heyətinə 15, böyük məşqçi Amina Abdellatifin rəhbərlik etdiyi qadın yığmamızın heyətinə isə 9 tatami ustası cəlb edilib. 

Ümumiyyətlə, bu turnirdə Azərbaycan da daxil olmaqla, 36 ölkədən 454 (283 kişi, 171 qadın) cüdoçu medallar uğrunda mübarizə aparacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin