Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Yunan-Roma güləşi üzrə yığma komandamız dünyada ikinci olub

Xorvatiyanın paytaxtı Zaqrebdə kişi və qadınlar arasında idman güləşi üzrə keçirilən və Azərbaycan yığmasının da iştirak etdiyi dünya çempionatı sentyabrın 21-də klassiklərin son final görüşləri ilə baş çatıb. AGF-dən verilən məlumata görə, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər - Həsən Əliyev, Kamran Məmmədov və Elvin Mürsəliyevin rəhbərliyi altında mundiala qatılan yunan-Roma güləşi üzrə yığmamız qazandığı 4 (1-1-2) medal və topladığı 89 xalla komanda hesabında yalnız İrandan (180 xal) geri qalmaqla dünyada ikinci olub. İlk üçlüyü isə 72 xalla Özbəkistan komandası tamamlayıb. 

Yığma komandamızın aktivinə yazılan medallara gəlincə, qızıl medal bütün görüşlərini qələbə ilə başa vuran Ülvi Qənizadənin (72 kq), gümüş medal yalnız həlledici finalda büdrəyən Həsrət Cəfərovun (67 kq), bürünclər isə çıxışını üçüncü yerdə bitirən dördqat dünya çempionumuz Eldəniz Əzizli (55 kq) ilə Murad Əhmədliyevin (97 kq) payına düşüb.

Xatırladaq ki, bu mundialda iştirak edən sərbəst güləş üzrə millimiz isə 4 (0-1-3)  medalla dördüncü olub.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin