Ağcabədidə IV toxum sərgi-satış yarmarkası keçirildi- ÖZƏL (FOTO=53)
Sentyabrın 22-də Ağcabədi rayonunda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzi, Ağcabədi Rayon İcra Hakimiyyəti və Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilənövbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib. Festivalda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Aqroservis Açıq Səhmdar Cəmiyyəti, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçuluq Assosiasiyasının əməkdaşları, Elmi-Tədqiqat İnstitutları, müxtəlif rayonları təmsil edən toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, yerli toxum istehsalçıları və fermerlər iştirak ediblər.
Qeyd edək ki, 2022-ci ilin avqust ayının 18-dən respublikanın müxtəlif rayonlarında keçirilən toxum sərgi-satış yarmarkalarının məqsədi yerli toxum bazasının formalaşması, payız əkinləri ərəfəsində sertifikatlı toxumlara olan təlabatın ödənilməsi, toxum istehsalçıları ilə fermerlər arasında münasibətin birbaşa qurulmasına kömək etməkdir.
Sərgidə yüksək repreduksiyalı pambıq, yonca, habelə yüksək ərqazlıq keyfiyyətinə malik, eləcə də daxili bazarlarda rəqabətə açıqyerli və xarici buğda, arpa sortları, qarğıdalı, bal məhsulları, həmçinin quru meyvələr yer alıb.
Toxum sərgi-yarmarkasında kənd təsərrüfatında torpağın münbitləşdirilməsi, habelə biktiçilikdə zərərli həşəratlara, alaq otlarına qarşı dərmanlar, əla keyfiyyətə malik gübrələrlə yanaşı Aqrar Təlim Mərkəzinin kənd təsərrüfatı sahəsini əhatə edən kitab, jurnal və açıqcalardan ibarət sərgisi də nümayiş olunub.
Festival çərçivəsində burada fermerlərə təlim də keçilib. Təlim zamanı düzgün toxum hazırlığı, əkindən öncə profilaktik tədbirlərin görülməsi və məhsul itkisinin əhəmiyyətli dərəcədə təsiri barədə fermerlərə ətraflı məlumat verilib, eləcə də onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.Fermerlərə dövlət dəstəyi, subsidiyalar, yeni əkinçilik texnologiyaları barədə geniş məlumatlar verilib.
Tədbirin moderatoru, Aqrar İnnovasiya Mərkəzinin şöbə müdiri Orxan Ağasiyev qeyd edib ki, keçirilən festival fermerlərin keyfiyyətli toxum materialları ilə təmin edilməsinə, bölgədə kənd təsərrüfatı istehsalının artırılmasına və aqrar sahədə davamlı inkişafın təşviqinə xidmət edir.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov qonaqları salamladıqdan sonra vurğulayıb ki, doğma rayonumuzda keçirilən bu festival bu il 154 min ton taxıl istehsal edən Ağcabədi taxılçıları üçün olduqca gözəl bir fürsətdir. Festival Ağcabədi zəhmətkeşləri ilə Aqrar İnnovasiya Mərkəzinin əməkdaşları arasında birbaşa ünsiyyət açarıdır. Onlar burada öyrəndiklərini öz iş prinsiplərində tətbiq etməklə məhsuldarlığın faizini bir qədər də artıra bilərlər.
Çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib ki, yarmarka çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılan vahid stenddə ölkənin müxtəlif bölgələri üçün sertifikatlaşdırılmış və rayonlaşdırılmış toxum nümunələri nümayiş etdirilir. Bütün bunlar isə məhsuldarlığı ilə seçilən Ağcabədi fermerləri üçün daha geniş imkanlar yaradır. Anar Cəfərov festivalın, toxum sərgi-yarmarkasınınqüsursuz təşkilatçılıq işlərinə görə rayon rəhbərinə və ağcabədililərə öz minnətdarlığını da ifadə edib.
Bundan sonra ənənəvi olaraq Azərbaycanın xəritəsində Ağcabədi rayonunun üzərinə skiterin yapışdırılması həyata keçirilib.
Sonda yarmarkaya baxış keçirilib. Baxış zamanı fermerlərlə söhbətlər aparılıb, onlara müəyyən tövsiyələr və məsləhətlər verilib.


