Ağcabədi rayonunun Salmanbəyli kəndində şəhid məzarları ziyarət olundu- ÖZƏL (FOTO=21)
“27 Sentyabr – Anım Günü”nün 5-ci ildönümü ilə bağlı Ağcabədidə silsilə tədbirlər, ziyarətlər davam edir. Növbəti tədbir sentyabrın 26-da rayonun Salmanbəyli kəndində keçirilib.
AZpress.AZ xəbər verir ki, Salmanbəyli kənd qəbristanlığında baş tutan mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyətinin məsul şəxsləri, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.
Çıxış edən rayon rəhbəri Rafil Hüseynov qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda apardığımız haqq savaşında Salmanbəyli kəndinin vətənpərvər oğulları gözlərini qırpmadan daim müharibə meydanına atılıblar, düşmənlə savaşda qəhrəmanlıqlar göstəriblər, nəhayət son məqamda ölümün gözlərin dik baxıblar. Belə oğullarımız Azərbaycan xalqının fəxrləri, qürur yeridir. Rafil Hüseynov habelə şəhid ailələrinə, onların yaxınlarına başsağlığı verib.
Bundan sonra I Qarabağ müharibəsi şəhidləri Xaləddin Quliyev və Əlfi Məmmədovun, Vətən müharibəsi şəhidi Samir Mikayıllının və Ordumuzun 2023-cü ilin sentyabr ayında Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatlarında şəhid olan, anası Rəna xanımla yanaşı uyuyan Tuncay Əlizadənin məzarları ziyarət olunub, Vətən oğullarının məzarları üzərinə çiçəklər düzülüb, ruhlarına dualar oxunub.
Kənd qəbristanlığında şəhidlərimizin xatirəsinəsərv ağacları əkilərək suvarılıb. Kəndin ağsaqqalı Heydər Məmmədov şəhid valideynləri və kənd sakinləri adından icra başçına öz minnətdarlığını bildirib.
Allah şəhidlərimizə rəhmət eləsin!
Foto: Mais İbrahimov
(Bildiririk ki,
-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz: +994503585041- Mais İbrahimov)


