Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

AZpress.AZ-ın ARXİVİNDƏN
YADA DÜŞƏR XATİRƏLƏR

Novruz bayramı münasibəti ilə “Təbiətin bayram rəngləri” adlı rəsm sərgisi

12.03.2024-cü il tarixdə saat 15:00-da Xətai Sənət Mərkəzində YAP Xətai rayon təşkilatı və “2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Təbiətin bayram rəngləri” adlı rəsm sərgisi keçirildi.
Sərgidə Mərkəzin “Təsviri incəsənət” dərnəyinin üzvləri Novruz adət-ənənələrini, atributlarını özündə əks etdirən maraqlı rəsm əsərlərini nümayiş etdirilib. Həmçinin “Aktyor sənəti” dərnəyinin üzvləri ədəbi-bədii kompozisiya ilə çıxış etdi. Bayram ab-havası ilə keçən sərgidə xor kollektivinin ifasında mahnılar səsləndirildi.Bununla yanaşı "Təbəssüm" rəqs qrupu maraqlı  rəqs nömrələri ilə çıxış etdi.
Qeyd edək ki, Xətai Sənət Mərkəzində keçiriləcək sərgidə Bakı şəhər Təhsil İdarəsinin əməkdaşı Vəfa Məhərrəmli, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Azərbaycan Respublikasının Xalq rəssamı Siruz Mirzəzadə, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının müdiri, Sehrli aləm cəmiyyətin prezidenti Azər Abdullayev və Azərbaycan Televiziyası Mədəniyyət kanalının Səhər redaksiyasının rəhbəri, tanınmış aparıcı Nəcibə Əlixanovanın  iştirakı etmişdir.
Sərginin keçirilməsində məqsəd uşaqların bacarıqlarını üzə çıxarmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarət olub.

Rüstəm Fərman İsmayılov

Best coffeeshop in Berlin