ABL-da birinci tur davam edir
Kişi basketbol klublarının çıxış etdiyi Azərbaycan Basketbol Liqasında (ABL) birinci turun oyunları davam edir. Bu gün birinci tur çərçivəsində daha bir oyun keçiriləcək. Söhbət saat 19:00-da Bakı İdman Sarayında başlanacaq 'NTD Baku" - "Gəncə"BK matçından gedir.
Xatırladaq ki, bundan öncə "Sabah" - "Nefti" (86:75) və "Abşeron Lions" - "Şəki" (91:80) oyunu keçirilib.
Turun növbəti oyunları oktyabrin 2-də və 4-də keçiriləcək. Oktyabrın 2-də "Lənkəran" "Sumqayıt" (saat 19:00, Lənkəran OİK);
"Sərhədçi " - "Quba" (19:00, Bakı İdman Sarayı);
4 oktyabrda "ORDU" - "Naxçıvan" (19:00. Bakı İdman Sarayi).
İNTİQAM Məmmədov


