"Gəncə"BK səfərdə "NTD Bakı"nı məğlub edib
Dünən kişi basketbol klublarının mübarizə apardığı ABL-da (Azərbaycan Basketbol Liqası) 2025-2026-ci illər mövsümünün birinci turu çərçivəsində daha bir oyun keçirilib. Qeyd edək ki, Bakı İdman Sarayında "NTD Baku" Gəncənin eyniadlı klubunu qəbul edib. Qarşılaşma qonaq komandanin 5 xal fərqli qələbəsi ilə başa çatıb - 85:90 (23:22, 22:23, 16:16, 23:29). Turun daha iki oyunu oktyabrın 2-də baş tutacaq.
Tura oktyabrın 4-də keçiriləcək bir oyunla yekun vurulacaq.
İNTİQAM Məmmədov


