Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallıda şəhid Ətrafil Məmmədovun xatirəsi anılıb

 

Şəhid ailələrinin, müharibə iştirakçılarının və qazilərin sosial müdafiəsinin gücləndirilməsi Masallı rayonunda davamlı olaraq diqqət mərkəzində saxlanılır.
Öncəqala kəndində Birinci Qarabağ müharibəsi şəhidi Ətrafil Mürüvvət oğlu Məmmədovun (05.10.1973 – 17.08.1992) xatirəsi anılıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, rayonun digər vəzifəli şəxsləri, müharibə iştirakçıları, kənd sakinlərinin iştirakı ilə əvvəlcə şəhidin məzarı ziyarət edilib, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Daha sonra şəhidin ailəsi ilə görüş keçirilib.
Rayon rəhbəri Araz Əhmədov bildirib ki, dövlət şəhid ailələrinin və müharibə iştirakçılarının sosial müdafiəsini prioritet istiqamət kimi müəyyən edib. O, bildirib ki, bu gün əldə etdiyimiz böyük Qələbə şəhid və qazilərimizin göstərdiyi misilsiz şücaətin nəticəsidir.
Şəhid Ətrafil Məmmədovun ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və tədbir iştirakçılarına dərin minnətdarlıqlarını ifadə ediblər.

 

Akif AĞAYEV
 

Best coffeeshop in Berlin