10 boksçumuzdan 6-sı finala yüksəlib, 4-ü isə üçüncü yeri tutub
Ölkəmizdə yeniyetmələr arasında keçirilən üçüncü MDB Oyunlarının proqramına daxil olan boks yarışları Yevlax Olimpiya İdman Kompleksində davam edir. Oktyabrın 2-də qızların yarışında yarımfinal döyüşləri keçirilib. Bu mərhələdə rinqə çıxan 10 təmsilçimizdən 6-si imamla döyüşərək adını finala yazdırıb. Qalan 4 boksçumuz isə finala çıxışda budrəməklə çıxışlarını üçüncü yerdə başa vurub.
ABF-dən verilən məlumata görə, finala yüksələn təmsilçilərimizdən Aysel Fərəcova (46 kq) son həlledici döyüşdə rusiyalı Viktoriya Kilimovayla, Əminə Taqi (50 kq) özbək idmançı Nazokat Mardanovayla, Cəmilə Muradlı (54 kq) Özbəkistan təmsilçisi Kimriniso Muhammadova ilə, Aynur İsmayılova (60 kq) Jasmin Abramianla (Qazaxıstan ), Gülər Hüseynova (48 kq) rusiyalı Dərya Qavrinanla, Fidan Baqirova (48 kq) isə özbək idmançı Ruşanaboni İsayeva ilə qarşılaşacaq.
Çıxışını üçüncü yerdə bitirməklə bürünc medala layiq görülən dördlükdə isə Aylin Nəzərova (46 kq), Zəhra Məmmədova (52 kq), Azərpur Mirruaya (57 kq) və Səma Abbasova (66 kq) yer alıb.
Yeri gəlmişkən, oğlanların yarımfinal döyüşləri isə oktyabrın 3-də keçiriləcək.
İNTİQAM Məmmədov


