Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

 Boksçumuz Məhəmməd Cəfərov AÇ-da 1/4 finala yüksəlib

Çexiyanın Ostrava şəhərində 19 yaşlı oğlanlar arasında boks üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də iştirak etdiyi Avropa çempionatı davam edir. Oktyabrın 4-də daha bir təmsilçimiz 1/8 final mərhələsini qələbə ilə başa vuraraq adını 1/4 finalçılar sırasına yazıb. Söhbət 1/8 finalda ev sahiblərindən olan Nikolas Saleki ilə döyüşdən qalib ayrılan Məhəmməd Cəfərovdan (+90 kq) gedir.

Boksçumuz oktyabrın 5-də isə 1/4 final mərhələsində ukraynalı Oleksander Siyesariyevlə qarşılaşacaq.

AÇ-yə oktyabrın 9-da son final döyüşləri ilə yekun vurulacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin