Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Həndbol klublarımız AK-la erkən vidalaşıb

Oktyabrın 4-də qadın həndbol klublarının mübarizə apardığı Avropa Kuboku turnirində 1/32 final mərhələsinə ilk oyunlarla start verilib. Təəssflər olsun ki, ölkəmizi bu nüfuzlu turnirdə təmsil edən "Azəryol" və "Kür" klubu qarşılıqlı razılaşmaya əsasən hər ikisi oyunlarını (səfər və ev) doqma divalar arasında keçirməsinə rəqmən mərhələni keçə bilməyib. Qeyd edək ki, Avstriyanın "Yunon Kornoyburq" klubu ilə ABU Arenada keçirilən ilk oyunda 26:40 hesabla uduzan "Azəryol" klubu oktyabrın 5-də həmin məkanda keçirdiyi cavab matçında 33:29 hesabla qalib gəlsə də iki oyunun ümumi nəticəsinə görə məğlub olub və turnirlə erkən vidalaşıb.

Digər təmsilçimiz olan "Kür" də eyni aqibətlə üzləşib. Portuqaliyanin "San Pedro du Sun" klubuna qarşı hər iki oyunu (ev və səfər matçı) doqma divarlar arasında keçirən "Kür" ilk oyunda rəqiblə sülh (26:26) başlasa da, cavab matçında məğlubiyyətdən yaxa qurtara bilməyib - 23:31 (13:14). Bununla da "Kür" də "Azəryol" kimi AK-la erkən vidalaşıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin