Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçularımız Meksika Qran-Prisinə qatılacaqlar

Perudan əliboş dönən Olimpiya çempionlarimiz indi də Meksikaya gedirlər 

Beynəlxalq Cüdo Federasiyasının (İJF) illik təqvim planına əsasən, cüdoçuların daha bir reytinq xarakterli Qran-Prisi 17-19 oktyabr günlərində Meksikanın Qvadalaxara şəhərində keçiriləcək. Turnirdə Azərbaycanın yalnız kişi yığması iştirak edəcək. ACF-dən verilən məlumata görə, artıq baş məşqçi Riçard Trautman və böyük məşqçi Elçin İsmayılovun rəhbərliyi altında bəlli turnirə qatılacaq heyət məlumdur. Yeri gəlmişkən, Peru Qran-Prisi ilə əliboş vidalaşan Olimpiya çempionlarimiz Hidayət Heydərov (73 kq) və Zelim Kotsayev (100 kq) indi də Meksikaya üz tuturlar. Bunlardan başqa heyətdə Əhməd Yusifov, Balabəy Aqayev (hər ikisi 60 kq), Ruslan Paşayev, Yaşar Nəcəfov ( hər ikisi 66 kq), Vüsal Qənizadə, Zelim Tckayev ( hər ikisi 81 kq), Murad Fətiyev (90 kq) və Uşanqi Kokuari (+100 kq) də yer alıb.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin