Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Güləşçilərimiz Dünya Seriyasının son mərhələsində

18-19 oktyabr günlərində Misirin İsgəndəriyyə şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının son final mərhələsi keçiriləcək. İki gün davam edəcək bu yarışda Azərbaycanı baş məşqçi Oyan Nəzərianının rəhbərliyi altında Vüsal Əliyev, Sahib Dadaşov (hər ikisi 80 kq) və İbrahim Yusubov (90 kq) triosu təmsil edəcək.

Reqlamentə görə, turnirin birinci günü təsnifat və qruplarda ilk iki görüş keçiriləcək. Ertəsi gün isə qruplarda üçüncü görüşlər baş tutacaq və bundan sonra 1/4 finalçılar, yarımfinalçılar və finalçılar müəyyənləşəcək. Final görüşləri də bitəndən sonra geridə qalan 5 mərhələdə istirak edən güləşçilərin topladıqları bütün xallar cəmlənəcək və bununla da Dünya Seriyasının qalıb və mükafatçıları bəlli olacaq.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin