İranlı fotoqraf Hamidrza Goharinin fərdi sərgisi keçirilib +FOTOLAR
25 oktyabr 2025-ci ildə Heydər Əliyev prospektində yerləşən New Zeon, Chillkhana məkanda iranlı fotoqraf Hamidrza Goharinin fərdi foto sərgisi keçirilib.
AZpress.AZ xəbər verir ki, sərgi zamanı foto sənətinin sevərləri sənətkarın obyektivindən İranın müxtəlif bölgələrinə səyahət edib, onun kadrlarında əks olunan mədəniyyət, təbiət və gündəlik həyat mənzərələri ilə tanış olublar.
Tədbirdə İran İslam Respublikasının Azərbaycandakı səfiri Moctəba Dəmirçilu ailəsi ilə birlikdə iştirak edib və çıxış edərək iki ölkə arasında mədəni əlaqələrin önəmini vurğulayıb. Fotoqraf Hamidrza Gohari də öz çıxışında sərginin ideyasından və fotoların çəkildiyi yerlərdən danışaraq tamaşaçılara yaradıcılıq prosesinin pərdəarxası məqamlarını bölüşüb.
Azərbaycan Fotoqrafları Birliyinin təsisçisi Mirnaib Həsənoğlu və İdarə Heyətinin üzvü Aydın Mehdiyev çıxışlarında sərginin foto sənətinə verdiyi töhfəni qeyd edib, beynəlxalq yaradıcılıq əməkdaşlığının əhəmiyyətindən danışıblar.
Sərgi izləyicilərdə böyük maraq doğurub və Azərbaycanla İran arasında fotoqrafiya sahəsində qarşılıqlı əlaqələrin daha da inkişafına töhfə verib.
Fotolar: Mahir Əhmədov
-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məqalələrin yayımlanması üçün aşağıdakı mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz:
+99450 554 34 23


