Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Qadın şahmatçılarımız DÇ-2025-in seçmə oyunlarına başlayıblar 

Bu gün "Dinamo hoteldə"də Azərbaycan və Özbəkistanin qadın şahmatçılardan ibarət yığma komandaları arasında DÇ-2025-in final mərhələsində iştirak etmək hüququ verən seçmə xarakterli matça şart verilib. Seçmə matçın açılış mərasimində Gənclər İdman Naziri Fərid Qayıbov iştirak edib və hər iki komandaya bu yolda uğurlar diləyib. Daha sonra isə birinci lövhədə ilk gedişi edərək yarısı açıq elan edib. 

Qeyd edək ki, komandalar iki gün ərzində şahmatın rapid növü üzrə 4 oyun keçirəcəklər. Reqlamentə əsasən 4 oyunun ümumi nəticəsinə görə qalib gələn komanda dünya çempionatının final mərhələsində iştirak hüququ qazanan 12-ci komanda olacaq. Yarışın proqramına əsasən 2 tur noyabrın 1-də, daha 2:tur isə noyabrın 2-də baş tutacaq.

İlk turda Azərbaycan yığmasının kapitanı Qədir Hüseynov şahmatçılardan Avropa çempionu Ülviyyə Fətəliyevaya (1-ci lövhə), Günay Məmmədzadəyə (2-ci lövhə), Xanım Balacayevaya (3-cu lövhə) və Gülnar Məmmədovaya (4-cu lövhə) oynamaq şansı verib. Gövhər Beydullayeva isə ehtiyat oyunçu sırasında yer alıb.

Yeri gəlmişkən, sözügedən dünya çempionatı 18-23 noyabr günlərində İspaniyanın Linares şəhərində keçiriləcək. 

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin