Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan İslamiada-2025-in boks yarışlarına 7 boksçuyla qatılacaq 

Xəbər verdiyimiz kimi, 7-21 noyabr günlərində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda sayca 6-ci İslamiada (İslam Həmrəyliyi Oyunları) keçiriləcək. Oyunların proqramina boks yarışları da daxil edilib. Qeyd edək ki, İslamiada-2025-in rəsmi açılış mərasimi noyabrın 7-də olsa da, boks yarışları iki gün əvvəldən start götürəcək və 5 gün davam edəcək. ABF-dən verilən məlumata görə, ölkəmiz boks yarışlarına 4-ü qadın olmaqla 7 boksçu ilə qatılacaq. Kişi yığmamızın baş məşqçisi Ravşan Xocayev və böyük məşqçi Nəriman Abdullayevin rəhbərlik etdiyi komandanın heyətində Məhəmmədəlı Qasımzadə (60 kq), Sərxan Əliyev (70 kq) və Səidcəmşid Cəfərov (80 kq) triosu yer alıb.

Qadınların baş məşqçisi İlkin Ağayev isə Oyunlarda Zeynəb Rəhimova (50 kq), Nərgiz Zeynalova (54 kq), Aynur Mikayılova (57 kq) və Fatimə Mehdiyevanın (65 kq) xidmətindən yararlanmaq qərarına gəlib.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin