Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bakı Beynəlxalq İncəsənət Festivalı: “Hamlet. Danimarka şahzadəsi”

AZpress.AZ xəbər verir ki, 08.11.2025-ci il tarixində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Rober Lepajın “Hamlet. Danimarka şahzadəsi” tamaşasının nümayiş olunub.

Beynəlxalq səhnənin iki nəhəngi -rejissor Robert Lepage və rəqqas-xoreoqraf Guillaume Côté - Şekspirin faciəsinə müasir baxışda bir araya gəlir. 2024-cü ilin yazında Toronto şəhərində premyerası keçirilmiş bu balet tamaşası teatrla rəqsin, səhnə minimalizmi ilə vizual poeziyanın sərhədlərini aşır.

Tamaşa mürəkkəb texnologiyalardan deyil, bədii sadəlik, səhnə dəqiqliyi və aktyorların güclü fiziki varlığı üzərində qurulub. Səhnə dekorasiyası şam işığında yaradılan Elsinor qəsrinin atmosferini xatırladır və tamaşaçını gec orta əsrlərin ab-havasına qərq edir.

Tamaşanın prodüseri Anisa Tecpar və həmprodüseri Svetlana Dvoretskaya nümayişdən əvvəl media nümayəndələrinə müsahibə verib.

Svetlana Dvoretskaya xatırladıb ki, “BIAF-2025”də təqdim olunan “Hamlet” Robert Lepajın ən son tamaşasıdır.  

Məşhur kanadalı xoreoqraf və tamaşanın prodüseri Anisa Tecpar isə deyib ki, festivalın bir parçası olmaq gözəl bir təcrübədir.

 

Best coffeeshop in Berlin