Qadın voleybol millimiz İslamiadada büdrəyib
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyyadda keçirilən 6-cı İslamiadada (İslam Həmrəyliyi Oyunları) qadın voleybolçuların yarışı davam edir. Noyabrın 9-da Azərbaycan millisi üçüncü tur çərçivəsində Türkiyə komandası ilə qarşılaşıb. Qeyd edək ki, ilk turda meydanı qələbə ilə tərk edən millimiz hesabat turunda büdrəyib.
AVF-dən verilən məlumata görə ilk iki turda müvafiq ardıcıllıqla İran və Tacikistan komandasını quru hesabla (3:0) məğlub edən millimiz eyni hesabla Türkiyənin ay-ulduzlu komandasına uduzub - 0:3 (12:25, 8:25, 10:25).
Millimiz qrupda son matçını noyabrın 12-də Əfqanıstan komandasına qarşı keçirəcək.
İNTİQAM Məmmədov
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



