Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Göyçayda ənənəvi "Nar Festivalı" keçirildi +FOTO=15

AZpress.AZ xəbər verir ki, 8-9 noyabrda Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə Göyçay şəhərində ənənəvi "Nar Festivalı" keçirilib.

Festivalın əsas məqsədi regionun narçılıq ənənələrinin qorunması və təbliği, bu ənənələrin turizm məhsuluna çevrilməsi, eləcə də yerli istehsalçılar üçün satış və tanıtım imkanlarının genişləndirilməsidir.

65-dən çox stendin yer aldığı festivalda istehsal ilə məşğul olan müəssisələrin nardan hazırlanmış məhsulları, fermerlər tərəfindən yetişdirilən müxtəlif nar növləri və onlardan hazırlanan məhsullar, narla bağlı əl işləri nümayiş etdirilib, məhsulların dequstasiyası, yarmarka, ustad dərsləri, rəsm sərgisi, müxtəlif müsabiqələr və folklor qruplarının çıxışları təşkil edilib.

Festival konsert proqramı ilə yekunlaşıb.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən regionlarda tematik festivalların keçirilməsi və turizm məhsulu kimi inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır.

2006-cı ildən etibarən təşkil olunan "Nar Festivalı" ölkənin kənd təsərrüfatı və aqrar mədəniyyətinin bir hissəsi kimi aqroturizmin inkişafına töhfə verir. Göyçayda yüksək dad və keyfiyyət göstəricilərinə malik gülöyşə, vələs, şirin, şıxbaba, şelli mələsi, qırmızıqabıq, bala mürsəl, şahnaz, ağşirin və s. kimi nar növlərin yetişdirilir. Azərbaycanın aqrar ixrac potensialının mühüm hissəsi kimi Göyçayda istehsal olunan nar və nar məhsulları xarici bazarlarda tanınmaqdadır.

Foto Araz Məmmədov

-bu reportajda olan fotoları sifariş ermək üçün
-eyni zamanda AZpress.AZ İnformasiya Agentliyinin XƏBƏR saytlarında REKLAM və REKLAM xarakterli məlumatların yayımlanması üçün təqdim etdiyimiz mobil nömrə ilə əlaqə saxlaya bilərsiniz: 

+99451 899 88 87

Best coffeeshop in Berlin