Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Azərreyl" kişi voleybol klubu Avrokubokda uğursuz başlayıb 

Bu gün kişi voleybol klublarının çıxış etdiyi Avropa Kuboku turnirinə 1/32 final mərhələnin ilk oyunları ilə start verilib. Ölkəmizi bu turnirdə təmsil edən "Azərreyl" kişi voleybol klubu bu mərhələdə "Orion Stars" (Hollandiya) ilə qarşılaşıb. Bakıda keçirilən ilk oyunda qələbəyə sevinən qonaq komanda olub - 1:3 (25:23, 18:35, 24:26, 26:28).

Qeyd edək ki, cavab oyunu noyabrın 19-da zambaqlar ölkəsində baş tutacaq.

Reqlamentə əsasən, iki oyunun ümumi nəticəsinə görə qalib komanda mübarizəni növbəti mərhələdə davam etdirəcək.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin