Faiq İsmayılov:
Azərbaycana xaricdən istiqamətləndirilən
əxlaq soyqırımı təhlükəsi.
Dünyada baş alıb gedən Qloballaşma hərakatının hədəflərindən biri super güclərin müxtəlif xalqlar və millətlərə qarşı əxlaq soyqırımını həyata keçirməkdir. Planlı şəkildə düşünülən əxlaq soyqırımı, insan idrakının tamamən dəyişdirilməsi üçün yüz illərlə bir müddətə həyata keçirilməyə hesablanmış bir aksiyadır.
Bu təbliğat maşını heç bir güc tətbiq etmədən insanların öz evlərinə, mənzillərinə internet və televiziya proqramları vasitəsi ilə daxil olaraq, onların beyinlərinə təsir etmə vasitəsi ilə yeni vərdişlərə məcbur edərək qul, kölə vəziyyətinə gətirərək onları əsir almağa hisslərinə hakim olmağa çalışırlar. Belə olduqda bu təbliğat, insanları hafizəsizliyə, əxlaqi dəyərlərin itirilmsinə və təklənməsinə xidmət etmiş olur. Bu prosesə uğrayan insanlar təbii ki, müstəqil qərar vermək qabiliyyətindən məhrum olurlar.
Hədəf götürülən toplumlar içərisində rüşvət, yolçuluq, alkoqolizm, narkomaniya, qumar, fahişəlik, parnoqrafiya və bu gün Azərbaycanda çox populyar olan estetik əməliyyatlar kimi cəlbedici tədbirlər həyata keçirərək, toplumun mili əxlaqının təməl anlayışlarının çökdürülməsinə və məhv edilməsinə çalışılır.
Əxlaq soyqrımı istiqamətdə fəaliyyətin həyata keçirilməsində ən uğurlu vasitə gənclərdir. Çünki gənclər bu gün daha çox müstəqil davranışa can atırlar. Məhz bu baxımdan can atdıqları müstəqil davranış və əxlaq qaydaları çərçivəsində, bu gənclərin tanınmaz hala gəlməsi üçün onların xarakterində laqeyidlik psixologiyasının formalaşmasına cəhd göstərilir.
Gəncləri, cəmiyyətin həyatındakı bir çox vacib problemlərdən yayındırmaq üçün, “mənə nə”
laqeyidlik prinsipini gənc toplumun gündəlik vərdişinə çevirərək, hədəf götürdükləri insan
kütləsini tanınmaz hala gətirib bir növ onları kodlaşdırmaga çalışırlar.
Qloballaşma dövrü, bəzi dairələr tərəfindən, planlı şəkildə düşünülən əxlaq soyqırımı, insan idrakının tamamən dəyişdirilməsi üçün bundan yüz illər öncə, düşünülmüş və həyata keçirilməyə hesablanmış bir aksiyadır.
Bu təbliğat maşını heç bir güc tətbiq etmədən, bir güllə atmadan, insanların öz evlərinə, mənzillərinə internet və televiziya proqramları vasitəsi ilə daxil olaraq, onların beyinlərinə təsir etmə vasitəsi ilə yeni vərdişlərə məcbur edərək qul, kölə vəziyyətinə gətirib, onları mənən əsir almağa, hisslərinə hakim olmağa çalışır.
Uğurla tətbiq olunanda, bu zərərli təbliğat, insanları hafizəsizliyə, əxlaqi dəyərlərin itirilmsinə və təklənməsinə xidmət etmiş olur. Bu prosesə uğrayan insanlar təbii ki, müstəqil qərar vermək qabiliyyətindən məhrum olurlar. Nəticə etibarı ilə bu prosesin təsiridir ki, bu gün bir qrup azətrbaycanlı gənc sosial şəbəkələrdə əxlaqsızlıq təbliğ etməyə cəhd göstərirlər. Azərbaycan cəmiyyəti üçün bu çox ciddi həyəcan siqnalıdır.
Azərbaycanın ziyalı təbəqəsi, mili dəyərlərinə və əxlaqına tuşlanmış bu cür hücumların zərərsizləşdirilməsinə hazır olmalıdır. Azərbaycan gəncliyi öz mili əxlaqına xas olmayan bu cür çirkin təbliğat xarakterli oyunların oyunçularına çevrilməməlidir.
Bu gün Azərbaycanın iri şəhər və inzibati yaşayış məntəqələrində yerləşdirilən yabançı adlar və reklam lövhələri yığışdırılaraq, Azərbaycan Konstutitsiyasının, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tələblərinə uyğun Azərbaycan dilində yerləşdirilməlidir.
Bizim adi hesab etdiyimiz yabançı dillərdə tirajlanan küçə reklamları, gələcəkdə gənclərimizi öz mədəni dəyərlərindən uzaqlaşdırıb, yabançı təsirlərin əsirinə çevirilmələrinə stimul yaradır. Təsüf ki, bu cür fəaliyyətimizlə gənclərimizin zərərli təsirlərin altına düşmələrinə bilərəkdənmi? Bilməyərəkdənmi? həm də biz özümüz şərait yaratmış oluruq.
Azərbaycan gəncliyi, görünən və görünməyən müstəvidə bu ölkənin əleyhinə yönəlmiş istənilən təbliğatın zərərsizləşdirilməsi üçün indiki drumu ilə çətin imtahan qarşısındadır.
İndiki mürəkkəb zamanda Azərbaycan, “ideloji müharibə” adlandırılan bu dövlətlər arasında gedən ideoloji mübarizə zamanı özünün ərazi bütövlüyünü, dövlətçiliyini, tarixini, əxlaqi dəyərlərini, mili mədəniyyətini qoruyub saxlamaqla bu mübarizədən qalib çıxmalıdır. Çünki bu gün Azərbaycanın mili mənəvi dəyərlərinə, mədəniyyətinə qarşı onun düşmənləri tərəfindən yönəldilən müxtəlif soyqırım aktları fasiləsiz olaraq bu gün də davam etdirilir.
Azərbaycan, özünün mili dəyərlərinə və əxlaqına tuşlanmış bu cür hücumların zərərsizləşdirilməsinə hazır olmalıdır. Azərbaycan gəncliyi öz mili əxlaqına xas olmayan bu cür çirkin təbliğat xarakterli oyunların oyunçularına çevrilməməlidir. Azərbaycan gəncliyi, görünən və görünməyən müstəvidə bu ölkənin məhvinə yönəlmiş soyqrımların zərərsizləşdirilməsi üçün təşkil etdiyi və təşkil edəcəy tədbtrlərlə çətin imtahan qarşısındadır.
Faiq İsmayılov
AMEA A.A.Bakıxanov adına
Tarix və Etnologiya İnstitunun əməkdaşı


