Azərbaycan millisi Fransaya evdə də uduzub
Noyabrın 16-da futbol üzrə dünya çempionatının (DÇ-2026) seçmə qrup oyunları çərçivəsində Avropa qitəsi üzrə son turun oyunları keçirilib. Seçmələrin D qrupunda yer alan Azərbaycan millisi yeni məşqçi Ayxan Abbasovun rəhbərliyi altında son turda Fransa yığmasını qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan və yığmamızın erkən hesabı açdığı bu oyunda Fransa komandası qalib gəlib - 1:3.
Vurulan qollara gəlincə, 4-cü dəqiqədə Rinat Dadaşov dəqiq zərbə ilə hesabı açıb - 1:0.
Yığmamızın bu qol sevinci uzun çəkməyib. 17-ci dəqiqədə fransalı Jan-Flipp Mateta bərabərik qolunu vurub - 1:1. Matçın 30-cu dəqiqəsində isə Maqnes Akliuş "xoruzlar"ı hesabda irəli çıxarıb - 1:2.
İlk hissənin əlavə edilən vaxtında (45+1) isə millimizin qolkiperi Şahruddin Maqomedaliyev avtoqol edərək hesabın 1:3-ə çatmasına səbəb olub. Komandalar bu hesabla fasiləyə yollanıblar. Fasilədən sonra isə hesab dəyişməyib. Bununla da ikiqat dünya və üçqat Avropa çempionu adını daşıyan Fransa yığması Parisdə olduğu kimi Bakıda da meydanı qalib durumda tərk edib.
D qrupunda keçirilən digər oyunda isə Ukrayna millisi Polşanın paytaxtı Varşavada İslandiya komandasını iki cavabsız qolla məğlub edib - 2:0.
D qrupunda yekun turnir cədvəli belə olub:
Komanda O Q H M T X
1. Fransa 6 5 1 0 16-4 16
2. Ukrayna 6 3 1 2 10-11 10
3. İslandiya 6 2 1 3 13-11 7
4. Azərbaycan 6 0 1 4 3-16 1.
İNTİQAM Məmmədov


